"A" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "A" korpusu Taqanroq şəhəri Çexov küçəsi, ev 22 ünvanında yerləşir. Binanın inşasına 1914-cü ildə ildə başlanılmışdır. Tikinti işləri 1916-cı ildə bitmişdir. Binada hazırda Taqanroq Radiotexnika İstitutunun korpusu yerləşir.
"A" korpusu | |
---|---|
rus. Корпус «A» ТРТИ | |
47°12′19″ şm. e. 38°56′22″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Yerləşir | Çexov küçəsi |
Tikilmə tarixi | 1916 |
Memar | Aleksandr Markoviç Qinzburq |
"A" korpusu Taqanroq Radiotexnika İstitutunun əsas korpusunu təşkil edir. Bina 1916-cı ildə Aleksandr Markoviç Qinzburqun layihəsi əsasında 1916-cı ildə inşa edilmişdir. Bina Alekseev qızlar gimnaziyası üçün inşa edilmişdi[1]. Binanın təməlqoyma mərasimi 10 iyul 1914-cü ildə qoyulmuşfur. Binanın inşası zamanı böyük bil val qazılmasına ehtiyac yaranmışdır. Səbəb isə burada Troysk qalasının təməlinin yerləşməsi olmuşdur. Torpaq işləri zamanı insan qalıqları aşkarlanmışdır.
Alekseev qızlar gimnaziyası bu binada uzun zaman fəaliyyət göstərməmişdir[2]. İlk əvvəllər binadan hərbi qosbital kimi istifadə edilməyə başlanılmışdır. Vətəndaş müharibəsi dönəmində isə Əksqilabçıların əsas qərargahı olmuşdur. Sovet dönəmində binadan bağça, məktəb, kənd təsərrüfatı uçilişi kimi istifadə olunmağa başlanılmışdır. 1925-ci ildə binada Kənd təsərrüfatı texnikumu təşkil edilir[3]. Sağ qanadda yataqxana, sol qanadda isə tədris sinifləri yerləşirdi. 1930-cu ildə Kənd təsərrüfatı texnikumu Taqanroq Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrifikasiyası istitutuna çevrilir[4]. Taqanroq Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrifikasiyası istitutu 1952 Taqanroq Radio Texnika İstitutuna çevrilir.
1988–2010-cu illərdə binada Taqanroq liseyi yerləşirdi[5].
Hazırda isə "A" korpusu Cənub Federal Universitetinin Mühəndis-Texnologiya akademiyası yerləşir[6].
Taqanroq Radio Texnika İstitutunun kitabxanası "A" korpusunda 25 avqust 1952[7]-ci ildə istifadəyə verilmişdir. Burada qısa müddətə 20 min kitab toplanmışdır. Ölkənin 13 iri kitabxanası TRTİ kitabxanasına 744 kitab və 313 jurnal bəxş etmişdir. 1980-ci ildə burada 770690, 1990-cı ildə isə 1220500 kitaba sahib olmuşdur. "A" korpusunda bu gündə kitabxana fəaliyyət göstərir.